F-1.az xatırladır ki, Mercedes komandası Monakodakı birinci sərbəst yürüşlərdə Həmiltonla 1-ci yeri tutsal da, ikinci sərbəst yürüşlərdə lider Fetteldən 1.2 saniyə geri qalaraq 8-ci olmuşdu.
Toto Volff: “Sazlanmalarda səhv etdik və bunun daha yaxşı olacağını düşünürdük. Nəticədə 8-ci və 10-cu olduq və dərs aldıq. Artıq geriyə qayıda bilmərik. İkinci sərbəst yürüşlərdə sazlanmaları əvvəlki kimi etmək istəsək də, vaxt az idi. Bunun üçün bir neçə saata ehtiyac var. Buna görə də yarış tempində getməyə qərar verdik. Sürücülər asfaltla ilişmədən narazı idilər. Bir sessiyanı əldən verdik və şənbə günü çox işləməliyik”.