T.Volff: Bir dostla pul haqqında danışmaq çətindir

Mercedes-in rəhbəri hələ də Lyuis Həmiltonla yeni müqavilə barədə danışmamaqlarından bəhs edib.

F-1.az xatırladır ki, yeddiqat dünya çempionunun müqaviləsi bu ilin sonunda başa çatacaq. Lakin tərəflər hələ də danışıqlar masasına əyləşməyiblər.

Toto Volff: “Bir dostla pul haqqında danışmaq çətindir. Penni Toe (Hamiltonun meneceri) bu məsələdə çox kömək edir. Vəziyyəti nəzarətdə saxlayır, müqavilə ilə bağlı yaxşı ünsiyyət qura bilirik. Biz yeni razılaşma haqqında bir-birimizlə danışmırıq, lakin hər ikimiz Penni ilə əlaqə saxlayırıq”.

Britaniyalı sürücü müqaviləni yenidən imzalamaq istədiyini dəfələrlə bəyan edib. Eyni zamanda bir sıra ekspertlər hesab edir ki, Lyuisin Mercedes-i tərk edərək Ferrari-yə getməsi lazımdır. Çünki 2021-ci ildə titul mübarizəsini son dövrədə uduzan Lyuis keçən ili ümumiyyətlə qələbə qazana bilməyib. Mercedes bu il də sürücülərinə titul uğrunda mübarizə aparmağa imkan verəcək maşın hazırlaya bilməyib.

Digər tərəfdən, Həmiltonun komandanı tərk edəcəyi halda çempionluğa imkan verəcək maşın tapacağı da inandırıcı görünmür. Onun adının yanaşı çəkildiyi Ferrari-nin vəziyyəti də göz önündədir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*