F-1.az xatırladır ki, britaniyalı sürücü Meksika yarışında 4-cü olsa da, 5-ci dəfə Dünya Çempionu titulunu qazanıb.
Toto Volff: “Beş çempionluq fantastikadır. Lyuis və komanda adına xoşbəxtəm. Amma yarış ağzımda acı dad qoydu. Bərbad yarış keçirdik və səbəbini anlamalıyıq. Hər iki sürücümüz problem yaşadı və səbəbini bilmirəm. Mühəndislər Kubokunu da qazanmalıyıq. Buna görə də Braziliyada güclü olmalıyıq. Lyuis finiş xəttini keçdikdən sonra ona heç nə demədim, çünki yarış komanda üçün pis keçdi”.