F-1.az xatırladır ki, yeni sıralanma turu formatı fiasko ilə nəticələnib. Ona görə də komandalar yenidən köhnə sistemə qayıtmaq istəsələr də, bunu edə bilməyiblər. Ona görə də yeni format Bəhreyndə də tətbiq ediləcək.
Toto Volff: “Bu həftəsonu yeni sıralanma turu sistemi Avstraliyadakı fiaskoya baxmayaraq, yenə də tətbiq ediləcək.
Avstraliyada komandalar bazar günü sistem barədə neqativ fikirlər səsləndirmişdilər. Dəyişiklik etmək üçün doğru formatı tapa bilmədik və artıq Bəhreyndə yeni sıralanma turu formatından həzz almaq lazımdır.
Hazırda sıralanma turu formatı təhlil edilir. Ona görə də diqqətli olmaq lazımdır. Sistemi inkişaf etdirmək üçün doğru addımlar atmalıyıq.
Azarkeşlər yaxın mübarizə, başa düşəcəkləri format, güclü sürücülər və bolidlər görmək istəyirlər. Biz tribunadakı və televiziya qarşısındakı azarkeşlərə bunları təqdim etməliyik”.