F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümün ilk yarışı Avstraliyada həm dubl etmişdilər, həm də sürətli dövrəyə görə əlavə bir xal qazanmışdılar.
Toto Volff: “İlk yarışdan maksimum 44 xal qazanmaq mükəmməldir. Ancaq mübarizə yeni başlayıb. Ferrari yenidən mübarizəyə qayıtmaq üçün hər şey edəcək. Melburnda Red Bull da özünü isbatladı. Ferrari-nin potensialını Barselonadakı testlərdə gördük. Buna görə də Bəhreyndə onlardan güclü performans gözləyirik. Barselonadakı testlərdən sonra bilirik ki, bizə çətin olacaq. Avstraliyadakı nəticədən asılı olmayaraq… Bir yarışa görə bütün mövsümü dəyərləndirmək olmaz. Bəhreyndə fərqli yarış görəcəyik”.