T.Volff: Barselonada yenilikləri tanıyacağıq

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, yenilikləri Barselonada daha yaxşı anlayacaqlar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Monakoya yeniliklərlə gəlmişdilər. Lakin trasın quruluşuna görə onlar yenilikləri istədikləri kimi anlaya bilməyiblər. Buna baxmayaraq, komandanın hər iki sürücüsü də yeniliklərdən razı qalıblar. İndi isə Kataloniya trasında onlar yenilikləri daha yaxşı test edə bilərlər, çünki bura ənənəvi test trasıdır.

Toto Volff: “Yarış vaxtı yağışın yağması həmişə işləri çətinləşdirir, amma Monakoda komanda bununla yaxşı mübarizə apardı. Doğru qərarlar alaraq, yaxşı xallar qazandıq. Monakoda yeniliklərin təsirini dəyərləndirmək mümkün deyildi, amma xoş olmayan sürprizlərlə qarşılaşmadıq.

Növbədə yenilənmiş W14-ün performansını dəyərləndirəcəyimiz Barselona var. Bu tras bizim üçün çox tanışdır, ancaq son şikan götürüldüyü üçün dövrə daha sürətli olacaq. Orada yeni aerodinamik detalların xüsusiyyətlərini anlamaq üçün çoxlu döngələr var. Rəqabətdə dramatik artım gözləmirik, ancaq yenilənmiş maşının daha yaxşı performans göstərməsinə ümid edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*