T.Volff: “Bakıdakı hadisə Mercedes üçün bağlandı”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Azərbaycanda Fettellə Həmilton arasında yaşanan hadisə Mercedes komandası üçün bağlanıb.

F-1.az xatırladır ki, Fettel Bakı yarışında gözlənilmədən yavaşlayan Həmiltona arxadan çırpılmış və daha sonra buna qəzəblənən almaniyalı sürücü bolidini 3 qat Dünya Çempionunun Mercedes-inə çırpmışdı. FİA bu hərəkətdən sonra Ferrari komandasının sürücüsünə 10 saniyəlik dayan və get cəzası vermiş və daha sonra Fettel haqıında əlavə araşdırma açsa da, dördqat Dünya Çempionuna heç bir cəza verilməmişdi.

Toto Volff: “Formula1-in hər mövsümündə ciddi rəqabət olur. Keçən il Lyuislə Niko arasında komandadaxili mübarizə var idi. Bu il Mercedes-lə Ferrari və Lyuislə Sebastyan arasında gərgin mübarizə var. Əvvəlcə sakit olan hər şey rəqabətin artması ilə şiddətlənir. O an Bakıda gəldi və nəticələrini trasda görmüş olduq. Hadisə oldu və keçdi. Bizim üçün bağlandı.

Mercedes və Ferrari arasında böyük bir hörmət var. Nəticədə həm mübarizə aparırıq, həm də Formula1-in inkişafına kömək edirik. Məncə, idmanın yeni sahibləri bu gözəl mübarizəni hamıdan çox istəyərdilər. Bu mübarizəyə yarış qazanma potensialı olan Red Bull-u da əlavə etsək, Formula1 əsl şou olacaq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*