T.Volff Bakıda niyə şoka düşüb?

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Azərbaycan Qran Prisində Bottasın təkərinin qırıntıya görə partlaması utancvericidir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son 3 dövrəyə lider girmiş, amma Kevin Maqnussenlə Pyer Qaslinin təmasına görə yerdə qalan qırıntı 29 yaşlı sürücünün təkərini partlatmışdı.

Toto Volff: “Bakı mənə şok yaşatdı. Utancverici hal idi. Maqnussenlə Qasli dəli kimi sürürdülər və çoxlu cəzaya layiq idilər. Daha sonra bu lazımsız mübarizədən qalan qırıntılar Valtterinin qələbəsini əlindən aldı. Bu, mənim üçün utancverici hal idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*