F-1.az xatırladır ki, Mercedes Monakoda da zəif təsir bağışlayıb. “Gümüşü oxlar” Rassellə 5-ci, Həmiltonla 8-ci olublar.
Toto Volff: “Monakodan sonra Bakıya yenilənmiş şəkildə gedirik. Orada yaxşı xallar qazansaq da, daha yaxşı nəticə mümkün idi. Bundan sonra əlimizə düşən fürsətləri dəyərləndirməliyik.
İndi isə Bakıdakı şəhər tipli trasa gedirik. Komanda əvvəlki yarışlardan toplanan məlumatları təhlil edib, bolidi təkmilləşdirir. Bakıda həmişə dəlisov yarışlar olub. Burada mübarizəyə də imkan var. Görək məşhur Bakı Şəhər Halqasında indi nə olur”.