F-1.az xatırladır ki, “gümüşü oxlar” Formula1 tarixinin 1000-ci yarışında mövsümün üçüncü qələbə dubluna seviniblər.
Toto Volff: “Yarış tempimizə baxanda yarışı belə asan qazanacağımızı düşünmürdük. Belə qazanmağımız sürpriz oldu. Düzlüklərdə hələ də sürətlidirlər”.
Komanda pit-stop zamanı iki sürücüsünü birdən boksa çağırıb və bu strategiya çox uğurlu olub: “Bolidləri qoşa halda pitə çağırmaq riskli idi. Çünki lider olduğumuz yarışda hər şey əldən gedə bilərdi. Amma əks halda da yer itirəcəkdik. Planımız mükəmməl işlədi. Pit-stop əla planlaşdırılmışdı. Komanda əla iş gördü.
Bakı yarışı fərqli olacaq. Çox uzun düzlük var. Orada doğru sazlanmalar tapmalıyıq. O yarışı səbirsizliklə gözləyirəm”.