F-1.az xatırladır ki, Mercedes 2022-ci ilə pis başlasa da, sonradan inkişaf edib və Braziliyada qələbə dublu edərək qazanıb.
Toto Volff: “Dalğalanma problemini kökündən həll etdiyimizə inanıram, ancaq bunu 2022-ci ilin maşınında tamamilə yığışdırmaq mümkünsüz idi.
Növbəti mövsüm bir az da rahat olacağıq. Bolidin dizaynını bir az dəyişirik. Bu da bizə düzgün istiqamətdə kömək edəcək.
İndiki texniki reqlamentdə bir problemi həll edirsən. Sonra görürsən ki, başqa problem çıxır. Buna görə də arxayınlaşmaq olmaz”.