F-1.az başda olmaqla, bir çox idman saytı Flavionun bu addımını Mercedes-lə Fernando Alonso barədə danışıqlar aparmasına yozmuşdu. Bundan başqa, Briatore, Volff və Niki Lauda Bakıda restoranların birində birlikdə yemək yemişdilər. Motorsport-total.com resursu xəbər verir ki, Toto Volff ispan sürücünü komandaya gətirməzdən əvvəl cari vəziyyəti təhlil etmək lazım olduğunu bildirib və sözə yumorla başlayıb.
Toto Volff: “Görünür, kiminsə mazoxistlik sindromu inkişaf edib. Fernandonu sürücü kimi yüksək qiymətləndirirəm, amma onunla müqavilə imzalamazdan əvvəl bütün halları nəzərə almalıyıq. Bundan əlavə, bizim sürücülərin münasibətləri necə olacaq, onlar birlikdə bizim maşını sürətli edə biləcəklərmi – bu suallara cavab tapmaq lazımdır”.
Qeyd edək ki, Alonso dəfələrlə qələbə qazanmağa imkan verən komandaya keçmək istədiyini bildirib. Onun McLaren-lə müqaviləsi bu ilin sonunda başa çatır. Mercedes-in də Bottasla müqaviləsi eyni vaxta qədər nəzərdə tutulub…
#azerbaijan #baku #f1 #restorant #Niki #Toto #Flavio #dinnertime #fun pic.twitter.com/qOMD0ZK7gt
— Flavio Briatore (@Briatore) June 23, 2017