F-1.az xatırladır ki, bu mövsümə əla başlanğıc edən Niko Rosberqin müqaviləsi mövsümün sonunda bitir və Mercedes-in nə edəcəyi hamıya maraqlıdır. Xüsusən də, İspaniya QP-dən sonra belə düşüncə var ki, komandanın sürücülərə qarşı münasibəti dəyişəcək.
Jurnalistlər Toto Volffdan “Alonso Merscedes-ə keçəcəkmi?” sualını cavablandırmasını istəyiblər: “Alonso seçə biləcəyi komandalara baxdı və bunlardan biri Mercedes komandası idi.
Bizə bunu demişdi. Amma o vaxtlar Həmilton ilə yeni müqavilə bağlamaq üçün danışıqlar aparırdıq və söz vermişdik ki, başqası ilə danışıqlar aparılmayacaq. Lyuisdən cavab alana qədər başqa sürücü ilə danışıqlar apara bilməzdik və aparmadıq da.
Fernando Formula1 tarixinin ən güclü sürücülərindən biridir. Onun xarakterini xoşlayıram. Amma bizim üçün Niko hamıdan əvvəl gəlir. Əgər Niko bizimlə müqavilə bağlamasa, onda Alonso kimi başqa alternativlərə baxacayıq. Onun yaşı bizim üçün problem deyil. O hələ də sürətlidir və motivasiyalıdır”.