T.Volff: “33 xal böyük fərqdir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Rosberqin Həmilton ilə arasında olan 33 xallıq fərq almaniyalı üçün böyük üstünlükdür.

F-1.az xatırladır ki, Rosberq Suzukada bu mövsüm 9-cu qələbəsini qazanmış və Həmilton ilə xal fərqini 33-ə çatdırmışdı.

Həmilton yarışda pis start alaraq 2-ci yerdən 8-ci yerə düşmüşdü. Mercedes komandası Həmiltonun pis startına səbəb kimi ilişmə muftasındakı problemi göstərmişdi.

Toto Volff bildirib ki, Niko Rosberq hazırda böyük üstünlüyə sahibdir: “Əgər Dünya Çempionu olmaq istəyirsinizsə, zərəri minimuma endirməlisiniz. Rosberq də bunu edir. Amma növbəti yarışlarda Rosberq yarışxarici qalsa və Həmilton qazansa, işlər yenidən dəyişəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*