T.Volff 25 yarışa razı deyil

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, təqvimdə 20-dən çox yarışın olması idmana fayda verməz.

F-1.az xatırladır ki, bu il təqvimdə 21 yarış olacaq. Amma Liberty Media növbəti mövsümlərdə yarış sayını 25-ə çıxarmaq istəyir.

Toto Volff: “21 yarışdan artığına ehtiyac görmürəm. Daha çox yarış olsa, bunun heç bir xüsusiyyəti qalmaz. Keçən il 20 yarış olmasına baxmayaraq, problem yaşadıq və çətin idi. Buna görə də 21 yarış son həddir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*