F-1.az xatırladır ki, Mercedes 2010-cu ildə Formula1-ə geri qayıdıb və son 3 mövsümdə həm mühəndislər, həm də sürücülər çempionatının qalibi olub.
Toto Volff hesab edir ki, Liberty Media Formula1-in səhmlərini satın aldıqdan sonra idman daha yaxşı vəziyyətə gələcək və işlər daha stabil olacaq: “Mercedes 2010-cu ildə mühərrik istehsalçısı kimi yox, zavod komandası kimi Formula1-də iştirak etməyə başladı. 2020-ci ilə qədər Formula1-də qalacayıq, amma sonrasında nə olacağını bilmirəm. Əgər idman doğru yöndə inkişaf etsə, Formula1-də qalacayıq”.