F-1.az xatırladır ki, avstriyalılar bu mövsüm aerodinamikanın və Renault mühərriyinin inkişafına görə Mercedes ilə bəzi yarışlarda mübarizə apara bilmişdi.
Gələn il texniki reqlamentdə çoxlu dəyişikliklər olacaq və Volff düşünür ki, 2017-ci il mövsümü üçün mübarizə çoxdan başlayıb: “Red Bull komandası yaxşı işlər görür. Renault da yaxşı işlər görür və bizə yaxınlaşırlar.
Son illərdə qaydalar dəyişmirdi və buna görə də son yarışlar bizim üçün çətin olacaq, amma reallıq budur ki, 2017-ci il mövsümünün mübarizəsi çoxdan başlayıb”.
Volff bildirib ki, Mercedes komandası artıq üstünlüyünü əldən verib və gələnilki yeni qaydalar onlara kömək edəcək: “Onlar cümə günü çox güclü görünürdülər. Buna görə də sıralanma turunda və yarışda güclü olmaları gözlənilən idi. Biz həmişə demişik. Artıq qaydalar stabil olaraq qalmalıdır. Gələn il qaydaların dəyişməsi bizim xeyrimizədir”.