F-1.az xatırladır ki, Mercedes mövsümə arzuolunan səviyyədə başlamayıb və hələ də qələbələri yoxdur. Son 8 ilin çempionları son yarışlarda sürətlənsələr də, Ferrari və Red Bull-un səviyyəsinə çatmayıblar.
Toto Volff: “Avstriyada 3-cü və 4-cü yer yaxşı nəticə idi. Ancaq hələ də 0.2-0.3 saniyə geridəyik. Ümumilikdə isə maşının yarış tempi yaxşıdır. Lakin çempionluq uğrunda mübarizə aparmağa bəs eləmir.
Məncə, dalğalanma problemini həll etdik. Hazırda da Bakı və Monakoda sürətli olmazdıq, amma o traslarda yaşadığımız problemləri indi yaşamazdıq.
Biz heç vaxt Red Bull Rinqdə sürətli olmamışıq. Son 8 ildə güclü olanda belə orada çətinlik çəkirdik. Buna görə də həftəsonundan razıyam”.