F-1.az xatırladır ki, Toni əvvəllər Ferrari komandasında işləyib və hazırda ispan kanallarındam birində şərhçilik edir.
Toni Kukerella: “Çox inkişaf ediblər. Təbii ki, bu inkişafın Mercedes-lə mübarizəyə nə qədər kömək edəcəyini bilmirik. Amma keçən ilə nisbətən yaxın olacaqlar və həyəcanlı yarışlar izləyəcəyik. Bu inkişaf təkcə mühəndis ağlı ilə olmayıb. Ferrari çoxlu pul xərcləyib və ümid edirəm ki, qarşılığını alarlar. Qış testləri bitən kimi Ferrari ən sürətlidir deyə bilmərik. Amma nəticə nə olursa-olsun, bu il Ferrari ciddi rəqibdir”.