F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk iki sıralanma turunda son sessiyaya qalsa da, bu performansını yarışa daşıya bilməyərək, onluqdan geriyə düşüb.
Timo Qlok: “Kevin Maqnussen Ciddədə Nikonun önündə olsa da, Niko onluqdan çox uzaqda deyildi. Əsas odur ki, yarışı bitirir və təcrübə qazanır. Onun növbəti yarışlardakı performansı maraqlıdır. Haas xal uğrunda mübarizə apara bilər. Buna görə də Nikonun xal alması üçün vaxt lazımdır”.