F-1.az xatırladır ki, ilk 3 yarış Avstriya komandasının aşkar üstünlüyü ilə keçib.
Timo Qlok: “Bakıda daha çox döngələr, eləcə də DRS effektinin çox olduğu uzun düzlüklər var. Ona görə də inanıram ki, Bakıda Red Bull digər komandalar üzərində daha da üstün olacaq. Əsas sual ilk yenilikləri kimin gətirəcəyi və onların necə işləyəcəyidir”.
Qeyd edək ki, cari mövsümün üç yarışından sonra Red Bull Mühəndislər Kubokunda turnir cədvəlinə inamla başçılıq edir – komanda 123 xal toplayıb. Ən yaxın təqibçi olan Aston Martin-in 65 xalı var. İlk üçlüyü Mercedes qapayır – 56 xal.