F-1.az xatırladır ki, hazırda iki komanda arasında 40 xallıq fərq var. Ferrari Meksikada çox zəif təsir bağışlayıb.
Timo Qlok: “Mercedes Ferrari-yə çata bilər. Mercedes Həmiltonla müqaviləsini uzatmaq istəyir. Meksikada göstərdi ki, motivasiyası yüksəkdir. Mercedes orada çox güclü idi. Mövsümün əvvəlindəki problemlər artıq nəzarətdədir və bolidin potensialı üzə çıxır. Belə olan halda Mühəndislər Kubokunda Ferrari-yə çata bilərlər. Son iki yarışda 40 xallıq fərq görünsə də, mümkünsüz deyə bir şey yoxdur”.