T.Qlok: “Həmiltonun işi daha çətindir”

Sabiq Formula1 sürücüsü Timo Qlok bildirib ki, mövsümün son 4 yarışında təzyiq Həmiltonun üzərində olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü ən yaxın rəqibi Fetteli 59 xal qabaqlayır və son 4 yarışın hər birində sadəcə 4-cü yeri tutsa, karyerasının dördüncü Dünya Çempionluğunu qazanacaq.

Timo Qlok: “Hazırda bütün təzyiq Həmiltonun üzərindədir. Sebastyanın itirəcək heç nəyi qalmayıb və Həmiltonun bolidi yaxşı işləməlidir. Fettel əlindən gələni edib mübarizə aparmalıdır. Əksər traslarda Ferrari və Mercedes bərabər gücdə idilər, amma italyanlar çox problem yaşadılar və hazırkı xal vəziyyəti meydana gəldi. Son yarışlarda çempionluq uğrunda mübarizə görsək, əla olardı, amma hazırkı vəziyyətdə bu, real deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*