F-1.az xatırladır ki, Fernando Alonso Ciddə yarışının startında səhv yerdə dayandığı üçün 5 saniyə cərimələnib. O pitdə cəzasını çəkərkən komandanın mexaniki qaldırıcını bolidə toxundurub. Buna görə də Alonso yarışın sonunda 10 saniyə cərimələnib. Lakin daha sonra cərimə ləğv edilib.
Timo Qlok: “Fernandoya verilən cəza haqsız idi. Belə hallar yenidən nəzərdən keçirilməlidir. Məncə, müasir Formula1-də çox qayda var. Cəza çəkilən vaxt qaldırıcı maşına toxunanda üstünlük əldə edilmir. Belə hərəkətlər idmanın imicinə zərər verir”.