T.Qlok: “Fettelin hələ şansı var”

Sabiq Formula1 sürücüsü Timo Qlok bildirib ki, Sebastyan Fettel sona qədər mübarizə aparmalıdır.

F-1.az xatırladır ki, Fettel Sinqapur yarışının startındakı insidentdən sonra mübarizəni dayandıraraq vacib xallar itirmişdi. Hazırda almaniyalı sürücü əsas rəqibi Həmiltondan 28 xal geri qalır.

Timo Qlok: “Sinqapur yarışının startında Sebastyanın günahkar olduğunu düşünmürəm. Yerini qorumağa çalışdı, amma Kiminin startından xəbərsiz idi. Ferstappen Fetteli görəndə buna reaksiya verməyə çalışdı, ancaq bu an Rəykköneni görərək, ondan qaçmaq üçün manevr etdi. Bax onda Fettel Kiminin yaxşı start aldığını anladı, çünki onun önündə idi. Bu anda 3 bolid bir-birinə çırpıldı. Bəlkə də, Kiminin niyə sola getmədiyini soruşa bilərsiniz. Orada boşluq var idi. Bu ən çox Sebastyana təsir etdi və xal fərqi artdı. Amma keçən il Malaziyada Həmiltonun mühərriyi partlayanda işlər birdən tərsinə dönmüşdü. Hər şey Mercedes-in bir problem yaşamasından asılıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*