T.Qlok: Fettelə düzgün strategiya seçmədilər

Sabiq Formula1 sürücüsü Timo Qlok düşünür ki, Aston Martin son yarışda Fettel üçün daha yaxşı strategiya seçə bilərdi.

F-1.az xatırladır ki, Fettel sonuncu yarışı olan Əbu Dabidə 8-ci yer uğrunda mübarizə apararkən komandası onu rəqiblərindən gec pitə çağırıb. Nəticədə dördqat Dünya Çempionu bir neçə yer itirib və sonda 10-cu yeri tuta bilib.

Timo Qlok: “Bu qədər çox trasda qalması pis oldu. Startda tempi yaxşı idi və Okonla mübarizə aparırdı və onu keçə bilmədi. Alpine düzlüklərdə sürətli oldu. Belə olan halda Fettelin təkərləri yeyildi. Hamı erkən pit-stop edib qabağa düşəndə Fettelin trasda qalması düzgün deyildi. Normal strategiya ilə 7-ci yeri tuta bilərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*