F-1.az xatırladır ki, fransız sürücü keçən mövsümü Formula2-də ikinci yerdə bağlamışdı. O növbəti mövsüm üçün Super Formula-da yarışmaq istəsə də, Kondo Racing başqa alternativ tapdığı üçün bu planlar baş tutmayıb. Bu isə o deməkdir ki, 19 yaşlı pilot gələn il Formula2-də yarışmağa davam edəcək.
Gənc pilot eyni zamanda Alfa Romeo-nun ehtiyat sürücüsüdür. Alfa Romeo komandasının rəhbəri də Yaponiya uzaq olduğu üçün sürücüsünün Super Formula-da yarışmasını istəmirdi.