F-1.az xatırladır ki, fransalı sürücü Alfa Romeo-da Bottası əvəzləyərək, Aamerikada birinci sərbəst yürüşlərə çıxıb. O qatıldığı ilk sesiyada 18-ci olub.
Teo Purşer: “Çox gözəl idi və həyatımın ən gözəl bir saatı oldu. Tras inanılmazdır və bolidi öyrənməyə çalışmaq da çox gözəldir. Mümkün qədər çox şey öyrənməyə çalışdım.
Hazırda emosiyalarım bir-birinə qarışıb. Çox xoşbəxtəm. Sessiya başlayanda qırmızı bayraq çıxdı. Vaxtımız az olsa da, vəziyyət tez düzəldi.
Düzdür, bolidin limitlərini anlayana qədər səhvlər etdim, çünki Formula2-dən gəlmişəm və arada böyük fərq var. Bu, gələcək üçün yaxşı təcrübədir”.