F-1.az xatırladır ki, 19 yaşlı pilot növbəti mövsümdə Sauber komandasında ehtiyat sürücü olacaq.
Teo Purşer: “Sözün açığı, çempion olsam da, Formula1-də yarışa bilməyəcəkdim. Vəziyyətin bu hala düşməsində bir neçə faktor var. Bu idman da belədir. Buna görə də problem yoxdur.
Hələ çox gəncəm və 2024-cü ilə hazır olmaq üçün çox işləməliyəm. Xəyalım bir gün Formula1-də çıxış etməkdir və çempionluq qazanmaqdır.
Diger seriyalarla maraqlanmıram. GT-də ya da Formula E-də yarışmaq marağımda deyil. Əgər Formula1-ə gedə bilməsəm, bunlar seçim ola bilər”.