F-1.az xatırladır ki, fransalı sürücü iyul ayında 2023-cü ildə Formula2-də yarışmayacağını demişdi. Lakin belə görünür ki, gənc sürücü fikirlərini dəyişib.
Teo Purşer: “Keçən dəfə komanda ilə müzakirə apardıq. Formula2 hələ də Formula1-dən başqa ən yaxşı alternativdir. Formula1 yarışlarında trasda oluruq və onlarla eyni paddoku paylaşırıq. Komandalar bizi diqqətlə izləyirlər. Formula2-də titul qazana bilərəm. Orada yarışmağa davam etsəm, maksimum performans göstərəcəm.
Görək nə olur. Yaxşı təklif gəlsə, Formula2-də yarışacam”.