F-1.az xatırladır ki, Felipe Druqoviç Formula2-də titulu təmin edib. Purşer isə ikinci yerdədir. Bəzi söz-söhbətlərə görə fransalı sürücü Formula2-də çempion olacağı halda 2023-cü ildə Sauber ilə Formula1-də yarışacaqdı. Lakin Montsada Druqoviçin titulu təmin etməsi bu ehtimalların üstündən xətt çəkmişdi.
Teo Purşer: “Əminəm ki, çempion olsam belə, gələn il Formula1-də yarışmayacaqdım. Belə düşünməyimin səbəbləri var. Artıq idman belədir və mənim üçün problem yoxdur. hələ gəncəm və 2024-cü il barədə düşünüə bilərəm. Xəyalım Formula1-də dünya Çempionu olmaqdır. Məni GT, formula E kimi seriyalar maraqlandırmır. Əgər Formula1-ə gedə bilməsəm, başqa seriyalar barədə düşünərəm”.