F-1.az xatırladır ki, Hyundai 2023-cü ildə WRC-də yarışacaqları maşını təqdim edib.
Tyerri Növill: “Builki mübarizə əvvəlki illərə çox bənzəyir. Rəqiblərimiz yenə də güclü olacaq, ancaq bu il daha yaxın mübarizə gözləyirik. Hədəfimiz həmişəki kimi iki cəbhədə də çempionluqdur. Mühəndislər Kuboku Hyundai üçün çox vacibdir. Sürücülər Çempionlu üçün isə özüm mübarizə aparıram. Maşınımız yetərincə güclüdür”.