F-1.az xatırladır ki, belçikalı sürücü Safari Rallisində 4-cü yerdə gedərkən qəza edib və ön sol asılqanını qırıb. Bu da onun mübarizəni dayandırmasına yol açıb. Tyerri qəza edərkən lider Ojyeyə 35 saniyə uduzurdu.
Safari Rallisi Növill üçün yaxşı başlamamışdı. Onun kokpitinə gah arı girmiş, gah da maşını deşilmişdi.
Tyerri Növill: “Heç bir xəbərdarlıq olmadı. Asılqan yerindən çıxdı və hər şey bitdi. Bu hal bizə çox pis təsir etdi. Əsəbpozucudur. Plana sadiq idik. Ən yaxşı şəraitlə üzləşməsək də, mübarizə apara bilirdik. Maşında özümü yaxşı hiss edirdim. Sözün açığı, daha yaxşı nəticə gözləyirdik, amma bəxtimiz gətirmədi. Hər şeyi təhlil etməliyik. Əgər xal almaq şansımız olsa, Ralliyə qayıda bilərik”.
Komandanın rəhbəri Siril Abitebul Növillin qəzası barədə bunları deyib: “Qəzada maşının bir detalının boşaldığını və asılqanın zədələndiyini sizə bildiririk. Bunun maşının quruluşundan asılı olub-olmadığını anlamalıyıq. Təkcə onu deyə bilərəm ki, boksda maşının asılqanına toxunmamışdıq. Gələcəkdə belə halların qarşısını almaq üçün çox işləməliyik”.