F-1.az xatırladır ki, yaponiyalı sürücü yağışlı keçən Argentina yarışının startında Kuartararoya hücum edərkən, ona təmas edib. Nəticədə fransalı sürücü yarışda gerilərə düşüb.
Stüardlar Takaqiyə heç bir cəza verilməyib. Bu hal Kuartararonun xoşuna gəlməyib.
Takaqi Nakaqami: “Belə görünür ki, Fabio xarici trayektoriyadan aqressiv formada gəlirdi. Düşündüm ki, ötməni tamamlayaram, amma apeksi itirdim. Yenə də dəlisov hücum deyildi. Bir-birimizə bir az toxunduq. Bu yarışdır. Orada səhv etmədim. O da qəzaya düşmədi, lakin yer itirdi. Buna görə üzr istəyirəm”.