T.MakKalou: Sebastyanla işləyəndə rahat olurduq

Aston Martin komandasının texniki direktoru Tom MakKalou bildirib ki, Fettel onlara çox şey qatıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2021-ci ildə Aston Martin-ə gəlib və burada iki il yarışıb. Dördqat Dünya Çempionu 2022-ci il mövsümündən sonra təqaüdə çıxıb.

Tom MakKalou: “Komanda üzərində böyük təsiri oldu. Sebastyan bizə gələndə iki güclü komandada işləmişdi və çempionluq qazanma təcrübəsi var idi. Təcrübəsini bizimlə paylaşdı və bunların çoxu xırdalıqlara, bolidin inkişafına və vacib olan şeylərə diqqət etmək idi.

Sürücü uğurun açarlarından biridir. Hər şeyimiz – çox yaxşı avadanlıqlarımız və proqramlarımız var, amma fərqi sürücü yaradır.

Sebastyan yaxşı insandır və hamının əhvalını qaldıra bilirdi. Onunla işləyəndə rahat olurduq, çünki əhvalınıza təsir edir. O, bizim inkişafımıza kömək etdi. Heyif ki, ona güclü maşın verə bilmədik. Lakin ondan çox şey öyrəndik və bu da inkişafımıza kömək etdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*