F-1.az xatırladır ki, bəzi iddialara əsasən Mercedes növbəti mövsümdə finalndiyalı sürücünün əvəzinə Corc Rasseli gətirmək istəyir. Buna görə də Bottas hazırda Renault və Red Bull-la danışıqlara başlayıb.
Ted Kravits: “Bottas hazırda Red Bull-la danışıqlar aparır. Ora keçidi mümkündür? Bəli, ancaq inanmıram bu baş versin. Çünki Red Bull-un səhmdarları arasında taylandlılar da var. Bundan başqa Elbon öz üzərinə düşən işi əla görür”.