T.Kravits ilk testlərdən sonra dəyərləndirmə edib

Məşhur Formula1 jurnalisti Ted Kravits Barselonadakı testlərdən sonra dəyərləndirmələr aparıb.

F-1.az xatırladır ki, Barselona testləri geridə qalıb və testlərdə Mercedes hamıdan sürətli dövrəni vurub. Red Bull onları yaxından izləyib. Lakin britaniyalı mütəxəssis McLaren-lə Ferrari-ni də favorit olaraq görür.

Ted Kravits: “McLaren və Ferrari güclü görünürdülər. İlk gündən güclü təsir bağışladılar. Mercedes komandası da onların tempinə təəccübləndi. İki komanda da bu performansı sadəlöhvlüklə qarşıladılar, amma maşını yavaşlatmaq olmaz. Karlos Saynsın Ferrari barədə dedikləri və Lando Norrisin performanslarını zəif görməsi bu iki komandanın güclü olmasına dəlalətdir.

Ən stabil komanda McLaren idi. Ancaq Red Bull və Mercedes cüzi də olsa, üstündür. Red Bull testləri yaxşı tamamladı və tapşırıqları yerinə yetirdi. Onlar yenə də zirvə uğrunda mübarizə aparacaqlar və bolidləri güclüdür. Çox sərt təkərlərlə yaxşı nəticələr göstərdilər. Buna görə də onların yuxarıda olacaqlarına inanıram.

Alpine keçən ilin ən sürətli beşinci komandası olsa da, hazırda çox zəifdirlər. Etibarlılıq cəhətdən zəif görünürlər. Onlar barədə söz demək tez olsa da, performansları məni məyus elədi. Okon və Alonso kimi iki keyfiyyətli sürücü zəif maşını qəbul edə bilməzlər.

Haas və Alfa Romeo zəif idilər. Etibarlılıqla bağlı problemləri də oldu. Bunların üzərində işləməlidirlər.

Aston Martin isə qutuya oxşayır. Məncə, yaxşı olacaqlar, amma komanda narahatdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*