T.Koronel: Mercedes şikayət etməməlidir

Formula1 şərhçisi Tom Koronel bildirib ki, Mercedes bolidini düzəltmək üçün pulu və güclü heyəti var.

F-1.az xatırladır ki, mövsüm başlayandan Mercedes dalğalanma problemindən əziyyət çəkir. Son 8 ilin çempionları bu il qələbə qazana bilməyiblər və lider Red bull-dan 116 xal geridədirlər.

Dalğalanma problemləri sürücülərin səhhətinə pis təsir edir. Corc Rassell İmolada boyun və bel ağrısından, Həmilton isə Bakıda bel ağrısından əziyyət çəkirdi. Bundan sonra Mercedes Motosport-un rəhbəri Toto Volff rəqiblərindən şikayət etməyə başlayıb. O, düşünür ki, rəqibləri sürücülərinin səhhətini düşünmür.

Tom Koronel: “Əvvəl şikayətlərə başladılar. Mercedes lazımi addımlar ata bilər. Onlarda pul və güclü mühəndislər var. Saydpodlarda fərqli konsept hazırladılar və bunu təkmilləşdirmək istəyirlər. Potensial var, amma hələ üzə çıxara bilməyiblər. Ümid edirəm ki, geri qayıdacaqlar.

İki komanda qələbə üçün mübarizə aparır və üçüncü də bura qoşula bilər. Belə olan halda, daha çox sürücünün mübarizəsini görərik.

Onların FİA-ya şikayətləri siyasi şeydir və doğru deyil. Ümid edirəm ki, hər şeyi qaydasına qoyarlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*