F-1.az xatırladır ki, son 6 ildə Həmiltonla Ferstappen titulları paylaşıblar. Bu iki sürücü 2021-ci ildə son döngəyə qədər çempionluq uğrunda mübarizə aparmış və sonda niderlandlı pilot qalib gəlmişdi.
Lakin keçən il Red Bull-un güclənməsi, Mercedes-in zəifləməsinə görə insanlar bu mübarizəni görə bilmədilər. Buna baxmayaraq iki sürücü hələ də müqayisə olunur.
Tom Koronel: “Ferstappen və Həmilton cütü mənə hələ də maraqlıdır. Onları eyni maşında görmək istəyirəm, çünki belə olan halda kimin daha güclü olduğu bilinəcək. Əgər Ferstappenlə Həmiltonun bir maşında yarışmaq ehtimalı varsa, Red Bull buna icazə verməlidir. Mənə onların necə yarışacağı çox maraqlıdır. Onda bu sualın cavabı da bilinəcək: Formula1 tarixinin ən güclüsü kimdir?”