T.Koronel: Alonso özünü qoçu kimi apardı

Formula1 şərhçisi Tim Koronel Bəhreyndə iki əfsanəvi sürücünün mübarizəsindən razı qalıb.

F-1.az xatırladır ki, Saxirdə Alonso və Həmilton təkər-təkərə mübarizə aparmış və sonda ispaniyalı sürücü qalib olmuşdu.

Tim Koronel: “Alonso üçün ən yaxşı an Həmiltonla mübarizə idi. McLaren dövründən iki əzəli rəqibdirlər. Alonso ötmə etdiyi yerlə hamını təəccübləndirdi. Özünü əsl qoçu kimi apardı. Həmilton isə yarışboyu o ötməni fikirləşdi. Çünki elə hərəkətləri həmişə özü edirdi.

Alonsodakı mübariz ruhunu yenidən görürük. Ən ideal yeri hiss edir və bunu görmək gözəldir. Onun motivasiyası komandaya da əks olunur. Bolidləri yaxşıdır. Yoxsa Ləns 6-cı ola bilməzdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*