F-1.az xatırladır ki, Mercedes çətin keçən ilk iki yarışdan sonra Avstraliyada qənaətbəxş performans göstərib və Həmiltonla ikinci yeri tutub.
Tom Klarkson: “Mercedes-dəki problemlər dedikləri qədər böyük deyil. Bəhreyndəki ilk yarışdan sonra Totonun azarkeşlərə yazdığı məktubu xatırlayırsınız? Yarışdan sonra çox neqativ düşünürdülər. Lyuis də maşına öyrəşə bilmədiyini və kokpitin təkərlərə yaxın olduğunu dedi.
Amma zaman göstəricisi yalan deməz. Avstraliyada Red Bull-a 0.2 saniyə uduzdular. Red Bull-dan 0.2 saniyə geriqalan maşın pis maşın deyil. Başlanğıc üçün yaxşıdır.
Təkmilləşiblər? Bəli. Sadəcə nə qədər təkmilləşiblər? Konsepti dəyişməkdən danışırlar və bunun üçün Avstraliya-Bakı arasında böyük fərq var. Toto Volff inkişaf barədə pozitiv danışır. Rəqiblər də boş dayanmayacaq və fasilədən inkişaf üçün istifadə edəcəklər. Fərqin bağlayıb yarış qazanacaqlar, amma Red Bull-u məğlub edə bilməyəcəklər”.