F-1.az xəbər verir ki, bu il Alexandro Qarsiya və Nikita Bedrinin komanda yoldaşı Teylor Barnard olacaq.
Teylor Barnard: “Jenser Motorsport ilə Xerezdə uğurlu sınaqlar zamanı başlayan əməkdaşlığı davam etdirməkdən çox razıyam. Qışda yaxşı irəliləyiş əldə etdik və mən mövsümə Formula3-də başlamaqdan çox məmnunam!”
Ötən il 18 yaşlı britaniyalı sürücü BƏƏ, İtaliya və Almaniyada Formula4 yarışlarında iştirak edib. Teylor ən yaxşı nəticəsini Almaniyanın F4 yarışında əldə edib – o, beş yarışda qalib gəlib və fərdi hesabda ikinci yeri tutub.