F-1.az xatırladır ki, daha əvvəl mövcud olan W Series çempionatı keçən ilin sonunda müflis olub və hələ də yeni mövsümə başlamaq barədə elan verməyib…
Syuzi Volff: “Formula1 Akademiyası bizə avtoidmanının zirvəsinə gedən yolda istedadlı qadınları tapmaq və yetişdirmək üçün ən yaxşı struktur yaratmaqla sənayemizdə real dəyişiklikləri təşviq etməyə imkan verəcək. Qarşıda ağır iş var, amma işləri düzəltmək üçün açıq-aydın qətiyyət var.
İnanıram ki, Formula1 Akademiyası sadəcə yarışdan daha çox ola bilər. O, bütün dünyada qadınları öz arzularının arxasınca getməyə ruhlandırmaq və istedad, ehtiras və qətiyyətlə onların əldə edə biləcəklərinin heç bir həddi olmadığını başa düşmək gücünə malikdir”.