Bu günün əsas xəbərlərindən biri Toto Volffun Mercedes AMG komandasına keçməsidir – Toto, komandanın məxsus olduğu şirkətdə icraçı direktor vəzifəsini tutacaq. Ona görə də hamını bir sual maraqlandırırdı: formal olaraq Williams komandasının test sürücüsü olan Syuzi Volffun taleyi necə olacaq?
Əvvəllər Almaniyanın DTM çempionatında çıxış edən Syuzi özü bu suala Twitter bloqunda cavab verib: “Aydınlıq gətirirəm: mən fəxr edirəm ki, Williams komandasının heyətindəyəm və mənim komandanı tərk etmək məsələm heç bir zaman qaldırılmayıb.”
Amma ictimaiyyət arasında 30 yaşlı şotlandiyalı sürücünün digər kəlməsi maraq doğurub: “Ərimə görə çox şadam, amma biz trasda onunla mübarizə aparacayıq.”
Əlbəttə, xanım Volff yəqin ki, Mercedes AMG və Williams komandalarının mübarizəsini nəzərdə tutub…