F-1.az xəbər verir ki, yeni mövsümdə Ferrari Sürücülər Akademiyasının keçmiş üzvü iki rolu birləşdirəcək: Formula1 komandası ilə yanaşı rusiyalı sürücü həm də European GT World Challenge çempionatında AF Corse-nin əsas sürücüsü olacaq.
Robert kuzov avtomobil yarışlarında Alessio Rovera və Niklas Nilsenlə eyni ekipajda Ferrari 296 GT3 sürəcək. Şvartsman üçün bu, onun GT sinfində debütü olacaq və burada iyulda Spada 24 saatlıq marafon da daxil olmaqla bir sıra çətin dözümlülük yarışları ilə qarşılaşacaq.
Formula1-də Şvartsman Ferrari-nin ehtiyat pilot vəzifələrini Antonio Covinazzi ilə bölüşəcək və lazım gələrsə, Skuderiyanın əsas sürücülərindən birini əvəz edəcək.