Suzuka gələn il yarışı yazda qəbul edəcək

Yaponiya Nümayəndələr Palatasının üzvü Keiji Furuya sosial şəbəkələrdə bildirib ki, gələn il Yaponiya Qran Prisi yazda keçiriləcək.

F-1.az xəbər verir ki, Furuyanın sözlərinə görə, Yaponiya Qran Prisi aprelin 7-də Tokioda baş tutacaq Formula E yarışından bir həftə sonra olacaq.

Ciddə trassında keçiriləcək Səudiyyə Ərəbistanı Qran Prisinin mövsümün ilk yarışı kimi Bəhreyni əvəz etməsi, Suzukakı raundun isə logistika xərclərini azaltmaq üçün Avstraliya Qran Prisi ilə əlaqələndirilməsi gözlənilir.

2024-cü ildə Yaponiya Qran Prisinin Formula1 ilə hazırki müqaviləsi başa çatır, lakin tədbirin promouteri Mobilityland şirkəti Honda-ya məxsusdur və o, çox güman ki, çempionatda yarışdığı müddətdə milli Qran Priyə dəstək verməyə davam edəcək.

Növbəti mövsümün təqvimi hələ təsdiqlənməyib. Bu, çoxsaylı versiyalarından sadəcə biridir.

Qeyd edək ki, Suzuka trası builki yarışı sentyabrın 24-də qəbul edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*