Force İndia komandası çempionatın yeganə komandasıdır ki, tam heyətini hələ də elan etməyib. Yeganə vakant yerə əsas namizədlər isə gənc Jül Byanki və təcrübəli Adrian Sutildir. Amma bu günlərdə Hindistan mətbuatında xəbər yayılıb ki, Narain Kartikyanın da Pol di Restanın komanda yoldaşı olmaq şansı var.
Avstriyada dərc olunan Motorsport-Magazin həftəliyi Adrian Sutilin menecerindən vəziyyətə şərh verməsini xahiş edib, menecer isə bildirib ki, Force İndia komandası heyəti barədə son qərarı hələ qəbul etməyib: “Biz əminik ki, bizim bu vakansiyaya hələ də şansımız var. Amma təəssüf ki, komandanın qərarını gözləməyə məcburuq.”
Komandanın özü Kartikeyanla bağlı şayiələri şərh etməkdən boyun qaçırıb…