Force İndia komandası hələ də 2013-cü il mövsümü üçün Pol di Restaya komanda yoldaşını müəyyən etməyib: mövsümöncəsi testlərin barselonada ikinci seriyasında bir yerə namizəd olan hər iki sürücü – Adrian Sutil və Jül Byanki dəvət olunublar. Amma söhbət onlardan hansının trasda sürətli olmasından getmir, çünki sürücülər müxtəlif günlərdə işləyəcəklər və trasda vəziyyət fərqli ola bilər, xüsusən də cümə günü hava proqnozu yağış vəd edir.
Öz həmyerlilərinin şansını şərh edən Almaniya mətbuatı digər arqumetnləri önə çəkib – onlardan başlıcası isə 2014-cü ildə motor təchizatçısının dəyişməsi ola bilər. Force İndia komandası hansı şirkətdən V6 motorlarını almasını məhz indi müəyyənləşdirir, ona görə də komanda hər iki sürücünü testlərə dəvət edib ki, maşınla tanış olsunlar.
Şayiələrə görə, 2013-cü ildə Byanki böyük sponsor büdcəsinə malikdir, amma Hindistan komandası Mercedes motorlarını almağa davam edərsə, onda Sutilin namizədliyinə üstünlük veriləcək – Ştutqart müştəri komandasında öz həmyerlisini görmək istəyir. Əgər komanda Ferrari motorlarına keçərsə, onda müqavilə Byanki ilə imzalanacaq – sürücü məhz Skuderiyanın yarış akademiyasının yetirməsidir.
Almaniyanın KİV-i müqavilənin gələn həftə elan olunmasını bildirib…