Force İndia komandasının son iki yarışda əla çıxışı mətbuatda geniş müzakirə olunur. Monsada Adrian Sutil podiumun bir addımlığında dayanıb, amma keryerasında ən yüksək nəticəni göstərıb…
Adrian Sutil: “Əla yarış oldu, maşın özünü əla aparırdı və mən Monsada axl qazanmağa çox şadam. Biz bilirdik ki, startda mövqeyimi saxlamaq çətin olacaq, axı arxada maşınında KERS olan Kimi start alırdı. Nəticədə mən bütün yarışı onun arxasında keçirdim və ötə bilmədim, KERS həqiqətən böyük üstünlük verir.
İkinci pit-stop zamanı mən Kimi qabaqlamaq istəyirdim və əyləci bir qədər gec basdım. Məncə, mən mexaniklərdən üzr istəməliyəm. Amma onlar işlərinin öhdəsindən əla gəldilər. Ümumən maşın süərtli idi, amma bir pit-stoplu strategiya daha yaxşı oldu. Buna baxmayaraq mən mövsümdə ilk xallarımı qazandım, komanda üçün bu vacib idi.”