A.Sutil Williams-ın ehtiyat sürücüsüdür

Adrian Sutil bu gün Williams Martini Racing komandası ilə müqavilə imzalayıb və komandanın ehtiyat sürücüsü statusunu qazanıb. F-1.az xatırladır ki, […]

Adrian Sutil bu gün Williams Martini Racing komandası ilə müqavilə imzalayıb və komandanın ehtiyat sürücüsü statusunu qazanıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Formula1-də 7 mövsüm keçirib, amma keçən il Sauber komandasından ayrıldıqdan sonra karyerasını başa vurub. Bu gün Malayziyada komanda elan edib ki, almaniyalı sürücü simulyatorda çalışacaq ki, builki maşınla yaxından tanış olsun və komanda ilə bütün Qran Prilərə yollanacaq ki, ehtiyac olarsa, sükan arxasında oturmağa hazır olsun. Çox güman ki, komanda Valtteri Bottasın bel ağrılarının təkrarlanmasından sığortalanır…

Frənk Uilyams: “Mən şadam ki, Adrian bizim komandaya qoşulub. Adrian artıq 128 Qran Pri keçirib, onun böyük təcrübəsi var. Keçən il çempionatda iştirak etdiyi üçün müasir maşınlardan da xəbərdardır, onların xüsusiyyətinə, turbo motorlara bələddir.

Bu il bizi Mühəndislər Kubokunda gərgin mübarizə gözləyir, ona görə də təcrübəli sürücü seçdik ki, lazım olarsa, komandaya kömək edə bilsin”.

Adrian Sutil: “Mən fəxr edirəm ki, belə bir əfsanəvi komandanın bir hissəsinə çevrildim. Ser Frənk Uilyamsla və onun komandası ilə işləmək mənim üçün böyük şərəfdir. Mən Williams-ın bütün rəhbərliyinə bu etimada görə təşəkkür edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*